Details added: first version posted on 11:31
BAKU, Azerbaijan, September 30. The Parliament of Azerbaijan has adopted a statement regarding September 27 – Remembrance Day – at the first meeting of its autumn session, Trend’s correspondent reports from the event.
The statement text was read out by the Chairman of the Parliament's Temporary Commission on Foreign Interventions and Hybrid Threats Ramid Namazov.
“September 27, which holds a special place in the historical memory of our people, carries great moral and socio-political significance as a symbol of our unwavering national unity. This day marked the beginning of the victorious march that led to ending the occupation of Azerbaijan’s ancestral lands, restoring historical justice, and establishing our state’s sovereign rights across its entire territory.
The declaration of September 27 as Remembrance Day by the President of the Republic of Azerbaijan, Ilham Aliyev, is an expression of the state’s and the people’s deep respect for the martyrs who sacrificed their lives for our state’s territorial integrity and sovereignty. The bravery and valor of our martyrs have come to represent the moral pinnacle of patriotism, while the historic victory achieved through their self-sacrifice, and that of their comrades-in-arms, has become an eternal embodiment of Azerbaijan’s dignity and strength.
The Patriotic War, which began on September 27, 2020, and lasted for 44 days, marked a turning point in our country’s history. The magnificent victory of the Azerbaijani Armed Forces led to the liberation of a vast portion of our lands that had been under the Armenian occupation for nearly 30 years, and has altered the military-political reality that had emerged in the region.
Azerbaijan secured, through its own strength, the implementation of the four well-known UN Security Council resolutions (which had previously remained only on paper) and relevant documents from other international organizations; these resolutions affirmed the state's territorial integrity and demanded the liberation of occupied lands.
This historic victory was the result of years of purposeful effort, aligned with the political course defined by National Leader Heydar Aliyev, to strengthen the state, develop the economy, enhance the national security system, boost defense capabilities, build a modern professional army, elevate the country's international standing, and instill in the younger generation a spirit of patriotism and responsibility for the nation's destiny.
The most crucial factor in the victory of the 44-day Patriotic War was the political and military leadership of Ilham Aliyev, President of the Republic of Azerbaijan and Commander-in-Chief of the Armed Forces. Amidst combat operations, the unity of state governance, the army, and society, along with the ability to make prompt decisions and mobilize the country's resources toward achieving the set objective, played a vital role. The military leadership skills, unwavering political will, and strategic foresight he demonstrated made an exceptional contribution to the attainment of the established goals.
The military victory was achieved thanks to the bravery and heroism of Azerbaijani soldiers and officers who honorably fulfilled their duty to the Motherland. Every liberated city, village, and height bore witness to their valor. Many military personnel were awarded the title of 'Hero of the Patriotic War' and other high state honors. The courage and valor of the sons of Azerbaijan, who sacrificed their lives and blood to liberate their native lands from enemy occupation, constitute one of the brightest chapters in our people's history of heroism.
Unfortunately, during the military operations, the armed forces of Armenia committed horrific crimes against the civilian population, flagrantly violating norms and principles of international law, including the Geneva Conventions of August 12, 1949. Attacks carried out against cities and districts far from the frontline using ballistic missiles, as well as prohibited white phosphorus and cluster munitions, constitute war crimes and crimes against humanity. As a result of these bloody crimes, more than 100 civilians, including 11 children, were killed, and over 450 people were wounded.
Despite the enemy's acts of brutality, the Azerbaijan Army strictly adhered to the norms of international humanitarian law, targeting only the enemy's armed forces and military facilities while avoiding harm to civilians and residential areas. Our lands were liberated from occupation on the battlefield at the cost of the blood and lives of our heroic martyrs, soldiers, officers, and veterans.
The military-political processes initiated in the autumn of 2020 continued three years later. As a result of the one-day anti-terror operation conducted on September 19–20, 2023, the activities of the criminal junta regime established by Armenia were brought to an end, and Azerbaijan's sovereignty was restored across its entire territory. This magnificent success served as the logical continuation and culmination of the historic Victory achieved during the 44-day Patriotic War.
In the public consciousness of the Azerbaijani people, September 27 (Remembrance Day), November 8 (Victory Day), and September 20 (State Sovereignty Day) form an integral whole. Remembrance Day serves as a reminder of the sacrifices made to achieve freedom; Victory Day embodies the triumph of justice; and State Sovereignty Day signifies the establishment of the Azerbaijani state's rights across its entire territory.
The Azerbaijani state consistently prioritizes the social protection, medical rehabilitation, housing provision, and employment of the families of martyrs and veterans. The Heydar Aliyev Foundation, led by the First Vice-President of the Republic of Azerbaijan, Mehriban Aliyeva, implements targeted and sustained measures in this regard.
Consistent efforts are being made across the country to perpetuate the memory of the martyrs. Memorial complexes, monuments, and museums are being established, and the names of heroes are being given to streets, schools, and other public facilities.
The Parliament of Azerbaijan pays deep tribute to the cherished memory of the martyrs who sacrificed their lives for the Motherland and expresses its gratitude to the soldiers and officers who contributed to our great victory by facing mortal danger on the battlefield.
The cherished memory of the Patriotic War martyrs will live forever in the hearts of our grateful people as the ultimate manifestation of love for the native land and of self-sacrifice. Their feats will never be forgotten, and their names will remain forever in the history of our statehood.
A free, strong, united, and sovereign Azerbaijan is the greatest monument to our martyrs,” the statement said.
--------------
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
Bakı. Trend:
Azərbaycan Respublikasının Milli Məclisi payız sessiyasının ilk iclasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat qəbul edib.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bəyanatın mətnini Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov oxuyub.
Bəyanatın tam mətnini təqdim edirik:
“Xalqımızın tarixi yaddaşında xüsusi yer tutan 27 sentyabr günü sarsılmaz milli birliyimizin rəmzi olaraq böyük mənəvi və ictimai-siyasi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın əzəli torpaqlarının işğalına son qoyulmasına və tarixi ədalətin bərpasına, dövlətimizin suveren hüquqlarının onun bütün ərazisində bərqərar edilməsinə gətirib çıxaran üç illik Zəfər yürüşünün başlanğıcı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 sentyabrın Anım Günü elan edilməsi dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərə dövlətin və xalqın dərin ehtiramının ifadəsidir. Şəhidlərimizin mərdliyi və şücaəti vətənpərvərliyin mənəvi zirvəsinə, onların və döyüş yoldaşlarının fədakarlığı sayəsində əldə edilmiş tarixi qələbə isə Azərbaycanın ləyaqət və gücünün əbədi təcəssümünə çevrilmişdir.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi ölkəmizin tarixində dönüş mərhələsi təşkil etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfəri 30 ilə yaxın Ermənistan Respublikasının işğalı altında olan torpaqlarımızın böyük bir hissəsinin azad edilməsinə gətirib çıxarmış və əvvəlki onilliklər ərzində regionda yaranmış hərbi-siyasi reallığı dəyişmişdir.
Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal edilmiş torpaqların azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış məlum 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin etmişdir.
Bu tarixi qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq, dövlətin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, müdafiə potensialının artırılması, müasir peşəkar ordu yaradılması, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi, gənc nəslin vətənpərvərlik və ölkənin taleyi üçün məsuliyyət ruhunda tərbiyələndirilməsi üçün uzun illər aparılan məqsədyönlü işin nəticəsi olmuşdur.
44 günlük Vətən müharibəsində qələbənin ən mühüm amili Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi və hərbi rəhbərliyi olmuşdur. Döyüş əməliyyatlarının getdiyi şəraitdə dövlət idarəçiliyinin, ordunun və cəmiyyətin birliyi, operativ qərarlar qəbul etmək və ölkənin ehtiyatlarını qarşıya qoyulmuş məqsədin əldə edilməsinə yönəltmək qabiliyyəti mühüm rol oynamışdır. Onun nümayiş etdirdiyi sərkərdəlik məharəti, sarsılmaz siyasi iradə və strateji uzaqgörənlik müəyyən olunmuş hədəflərin əldə edilməsinə müstəsna töhfə vermişdir.
Hərbi qələbə Vətən qarşısında borcunu şərəflə yerinə yetirən Azərbaycan əsgərlərinin və zabitlərinin mərdliyi və qəhrəmanlığı sayəsində əldə edilmişdir. Azad olunmuş hər bir şəhər və kənd, hər bir yüksəklik onların şücaətlərinə şahid olmuşdur. Bir çox hərbi qulluqçular “Vətən Müharibəsi Qəhrəmanı” adına və digər yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Doğma torpaqlarının düşmən tapdağından azad edilməsi üçün canından və qanından keçmiş Azərbaycan oğullarının mərdliyi və rəşadəti xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən biridir.
Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlara ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir. Bu qanlı cinayətlər nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır.
Düşmənin vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına dönmədən əməl etmiş, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməmişdir. Torpaqlarımız döyüş meydanlarında qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir.
2020-ci ilin payızında başlanmış hərbi-siyasi proseslər üç il sonra davam etdirilmişdir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olmuşdur.
Azərbaycan xalqının ictimai şüurunda 27 sentyabr – Anım Günü, 8 noyabr – Zəfər Günü və 20 sentyabr – Dövlət Suverenliyi Günü mahiyyətcə vəhdət təşkil edir. Anım Günü azadlığın hansı qurbanlar hesabına başa gəldiyini xatırladır, Zəfər Günü ədalətin təntənəsini təcəssüm etdirir, Dövlət Suverenliyi Günü isə Azərbaycan dövlətinin hüquqlarının onun bütün ərazisində bərqərar olduğunu ifadə edir.
Azərbaycan dövləti şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, tibbi reabilitasiyası, mənzil təminatı, məşğulluğu məsələlərini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə məqsədyönlü və davamlı tədbirlər həyata keçirir.
Ölkədə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ardıcıl iş aparılır. Memorial komplekslər, abidələr və muzeylər yaradılır, küçələrə, məktəblərə və digər ictimai obyektlərə qəhrəmanların adı verilir.
Azərbaycan Respublikasının Milli Məclisi Vətən naminə canını fəda etmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını ölümcül təhlükələrə ataraq böyük qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizə minnətdarlığını ifadə edir.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi doğma torpağa məhəbbətin və fədakarlığın ən yüksək təzahürü kimi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların hünərləri heç zaman unudulmayacaq, adları isə dövlətçilik tariximizdə əbədi qalacaqdır.
Azad, güclü, vahid və suveren Azərbaycan şəhidlərimizə ən böyük abidədir”.
