Title changed
Details added: first version posted on 13:14
BAKU, Azerbaijan, August 4. Azerbaijan's Foreign Minister Jeyhun Bayramov has discussed regional security with the Head of the Federal Department of Foreign Affairs of the Swiss Confederation, Chairperson-in-Office of the OSCE Ignazio Cassis.
This is reflected in the report published on the official website of the Azerbaijani Ministry of Foreign Affairs.
According to the report, the discussion was held during an expanded meeting between Bayramov and Cassis.
The ministers discussed the agenda of Azerbaijan-Switzerland bilateral relations, the priorities of Switzerland's OSCE chairmanship, the current state and prospects of Azerbaijan-OSCE cooperation, the situation in the region in the post-conflict period, as well as the Azerbaijan-Armenia normalization process.
During the meeting, it was noted that next year will mark the 35th anniversary of the establishment of diplomatic relations between Azerbaijan and Switzerland, and this anniversary is an important opportunity to assess the partnership formed over the past 30 years.
The parties emphasized the importance of continuing high-level contacts and regular political consultations between the Ministries of Foreign Affairs.
The discussions considered the possibilities of expanding economic cooperation, including through the activities of the Joint Commission on Trade and Economic Cooperation.
During the meeting, it was stressed that the energy sector is one of the main directions of bilateral economic relations. In this context, the successful activities of SOCAR in Switzerland were evaluated as an example of mutually beneficial cooperation.
The ministers also pointed out that expanding cooperation in the fields of culture, education, and science would serve to further strengthen ties between the peoples.
The meeting paid attention to the priorities of the Swiss OSCE chairmanship. The Azerbaijani side highly appreciated the importance the chairmanship attached to the areas of science and diplomacy, innovative technologies, water resources management, energy, and digital security, as well as underscored the importance of these directions in addressing modern challenges.
Furthermore, the mine problem in Azerbaijan was particularly emphasized, and the contribution which can be made by the OSCE, especially its member countries, to Azerbaijan in the mine clearance area was discussed.
The meeting exchanged views on the Azerbaijan-Armenia normalization process. Bayramov informed his counterpart about the current stage of the peace process, the de facto peace established between the two countries, and the confidence-building measures being implemented.
The meeting also discussed a number of other bilateral and regional issues of mutual interest.
At the end, a press conference was held, during which the ministers made statements and answered questions from media representatives.
-----------
Ceyhun Bayramov İsveçrənin XİN rəhbəri ilə regional təhlükəsizliyi müzakirə edib (FOTO) (YENİLƏNİB)
Bakı. Trend:
Avqustun 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirib.
Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.
Bildirilib ki, nazirlər Azərbaycan-İsveçrə ikitərəfli gündəliyini, İsveçrənin ATƏT-ə sədrliyinin prioritetlərini, Azərbaycan-ATƏT əməkdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini, habelə post-münaqişə dövründə vəziyyət və Azərbaycan–Ermənistan normallaşma prosesini müzakirə ediblər.
2027-ci ildə Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin formalaşmış tərəfdaşlığı dəyərləndirmək üçün mühüm fürsət yaratdığı qeyd olunub.
Tərəflər Xarici İşlər Nazirlikləri arasında yüksək səviyyəli təmasların və müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Müzakirələrdə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti də daxil olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə diqqət yetirilib.
Enerji sektorunun ikitərəfli iqtisadi münasibətlərin əsas sütunlarından biri olduğu vurğulanıb. Bu kontekstdə SOCAR-ın İsveçrədə fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlığın mühüm nümunəsi kimi qeyd edilib.
Nazirlər, həmçinin xalqlararası əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədri qismində müəyyən etdiyi prioritetlərə diqqət yetirilib. Azərbaycan tərəfi sədrliyin elm və diplomatiya, innovativ texnologiyalar, su ehtiyatlarının idarə olunması, enerji təhlükəsizliyi və rəqəmsal təhlükəsizlik sahələrinə verdiyi önəmi alqışlayaraq, müasir çağırışların aradan qaldırılmasında bu istiqamətlərin əhəmiyyətini vurğulayıb.
Həmçinin ölkəmizdə mövcud olan mina problemi xüsusi vurğulanıb və ATƏT-in, xüsusilə də üzv ölkələrin minatəmizlə sahəsində Azərbaycana verə biləcəyi töhfə müzakirə olunub.
Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov həmkarını sülh prosesinin hazırkı mərhələsi, iki ölkə arasında de-fakto bərqərar olmuş sülh və həyata keçirilən etimad quruculuğu tədbirləri barədə məlumatlandırıb.
Görüşdə həmçinin bir sıra digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər müzakirə edilib.
Yekunda mətbuat konfransı keçirilib və Nazirlər mətbuat konfransında bəyanatlarla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.
