Title changed
Details added: first version posted on 12:56
KHOJAVAND, Azerbaijan, August 5. The families who arrived in Khojavand city, Girmizi Bazar settlement, and Khojavand village within the next group of former internally displaced persons (IDPs) have been presented with the keys to their houses, Trend's Karabakh bureau reports.
According to the report, after welcoming the families, employees of the Azerbaijan National Agency for Mine Action (ANAMA) provided them with detailed information about the dangers posed by mines and unexploded ordnance. The families have been advised to stay away from unfamiliar objects and objects, and to report such situations to the relevant authorities.
The ceremony of presenting the keys was attended by employees of the Special Representation of the President of Azerbaijan in the Aghdam, Fuzuli, and Khojavand districts, the State Committee for Affairs of Refugees and IDPs, and other officials.
At this stage, 20 families (81 people) are being relocated to Khojavand city, 2 families (9 people) to Girmizi Bazar, and 5 families (17 people) to Khojavand village. Prior to that, the families had temporarily settled in dormitories, sanatoriums, camps, unfinished and administrative buildings in various areas of the country.
xxx
13:20
The next group of former internally displaced persons (IDPs) has arrived home to Khojavand city, Trend's Karabakh bureau reports.
According to the report, the families relocated to their homeland were welcomed in Khojavand city by officials of the State Committee for Affairs of Refugees and IDPs, the Special Representation of the President of Azerbaijan in Aghdam, Fuzuli, and Khojavand districts, as well as employees of the Restoration, Construction, and Management Service in Aghdam, Fuzuli, and Khojavand districts.
At this stage, 20 families (81 people) have been relocated to Khojavand city, 2 families (9 people) to Girmizi Bazar, and 5 families (17 people) to Khojavand village. Thus, totally, 27 families (107 people) have returned to their native land.
xxx
12:56
The next group of former internally displaced persons (IDPs) has been sent to Khojavand city, Girmizi Bazar settlement, and Khojavand village of Azerbaijan's Khojavand district, Trend's Karabakh bureau reports.
According to the report, previously, families returning to their homeland temporarily settled in various regions of the country, mainly in dormitories, sanatoriums, and administrative buildings.
At this stage, 20 families (81 people) are being relocated to Khojavand city, 2 families (9 people) to Girmizi Bazar, and 5 families (17 people) to Khojavand village, totaling 27 families (107 people).
---------------
Xocavənddə daha 27 ailəyə evlərinin açarları təqdim olunub (FOTO) (YENİLƏNİB)
Xocavənd. Trend:
Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 20 ailə - 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə - 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə - 17 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxanalarda, sanatoriyalarda, düşərgələrdə, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
xxx
13:20
Növbəti köç karvanı Xocavənd rayonuna çatıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, doğma yurduna qayıdan ailələri Xocavənd şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin rəsmiləri, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 20 ailənin (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 ailənin (9 nəfər), Xocavənd kəndinə isə 5 ailənin (17 nəfər) qayıdışı təmin edilib. Beləliklə, ümumilikdə 27 ailə, yəni 107 nəfər doğma yurduna qayıdıb.
xxx
12:34
Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, doğma yurdlarına qayıdan ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Bu mərhələdə Xocavənd şəhərinə 20 ailə (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 ailə (9 nəfər), Xocavənd kəndinə isə 5 ailə (17 nəfər) olmaqla, ümumilikdə 27 ailə – 107 nəfər köçürülür.
