Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir S.Babayeva /
Koreya və Azərbaycan poçt xidmətinin inkişafı sahəsində qarşılıqlı anlaşma memorandumu imzalamağı planlaşdırır. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) məlumat verir.
"Memorandumun "Korea Post" (Koreya Poçtu) müəssisəsi nümayəndələrinin Azərbaycana işgüzar səfəri çərçivəsində imzalanması nəzərdə tutulub", - deyə nazirlikdən bildiriblər.
Nümayəndə heyəti RİTN və Azərpoçt Dövlət Müəssisəsində (DM) görüşlər keçirəcək və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, xüsusilə də poçt xidmətinin inkişafı, məntiqi xidmətin tətbiqi sahəsində əməkdaşlıq, Azərpoçt DM-nin poçt şəbəkəsində elektron xidmətin tətbiqi üçün texniki dəstək, maliyyə xidmətlərinin göstərilməsi sahəsində təcrübə mübadiləsi və s. məsələləri müzakirə edəcəklər.
Koreya nümayəndə heyətinin səfəri mayın 1-dək davam edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]