Details added: first version posted on 14:27
BAKU, Azerbaijan, May 5. A meeting has been held between Azerbaijani Foreign Minister Jeyhun Bayramov and the High Representative of the European Union for Foreign Affairs and Security Policy, Vice-President of the European Commission, Kaja Kallas, a source in the Ministry of Foreign Affairs told Trend.
During the one-on-one and extended meetings, the parties reviewed in detail the current state and prospects of Azerbaijan-EU relations.
The intensity of political dialogue, as well as the importance of high-level mutual visits and developing partnership on the basis of mutual respect, equality, and common interests were pointed out. At the same time, the importance of dialogue mechanisms between Azerbaijan and Europe, the resumption of negotiations on a new bilateral agreement, and the negotiations on the Partnership Priorities document were emphasized.
The meeting discussed opportunities for expanding cooperation in the fields of economy, trade, energy security, transport and logistics, green energy, and digitalization. Azerbaijan's contribution to Europe's energy security and its role as a reliable partner were noted.
Bayramov informed the other side about the current situation in the region in the post-conflict period, the rehabilitation and reconstruction work carried out by Azerbaijan, as well as the measures taken in the field of combating the mine threat. An exchange of views was held on the normalization process with Armenia. Azerbaijan's commitment to ensuring lasting peace and stability in the region was once again emphasized.
The parties also exchanged views on regional and international security issues. In this context, cooperation within multilateral platforms, as well as opportunities for joint action against global challenges, were discussed.
The meeting also reviewed the prospects for the development of cooperation between Azerbaijan and the EU within the framework of various institutions and programs.
In addition, the parties exchanged views on other issues of mutual interest.
Stay up-to-date with more news on Trend News Agency's WhatsApp channel
----------------
Ceyhun Bayramov və Kaya Kallas arasında geniş tərkibdə görüş keçirilib (FOTO) (YENİLƏNİB)
Bakı. Trend:
Mayın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı tərəflər Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və perspektivlərini ətraflı nəzərdən keçiriblər.
Bildirilib ki, siyasi dialoqun intensivliyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla Avropa arasında dialoq mexanizmlərinin, yeni ikitərəfli saziş üzrə danışıqların bərpasının və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqların önəmi vurğulanıb.
Görüş zamanı iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, yaşıl enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və etibarlı tərəfdaş kimi rolu qeyd olunub.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma işləri, habelə mina təhlükəsi ilə mübarizə sahəsində görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan ilə normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına sadiqliyi bir daha vurğulanıb.
Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar. Bu kontekstdə çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, eləcə də qlobal çağırışlara qarşı birgə fəaliyyət imkanları müzakirə olunub.
Görüş zamanı, habelə Azərbaycan ilə Aİ arasında müxtəlif institutlar və proqramlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
