4th Int'l Mine Action Conference in Baku hosts panel on technology and innovations........

Azerbaijan Materials 3 September 2026 19:28 (UTC +04:00)
Humay Aghajanova
Humay Aghajanova
Read more

4th Int'l Mine Action Conference in Baku hosts panel on technology and innovations (PHOTO) (UPDATE)

Details added: first version posted on 14:05

BAKU, Azerbaijan, September 3. The 4th International Mine Action Conference, themed “Humanitarian Demining for Urban Recovery: Setting Standards of Excellence for Safe Settlements,” has hosted a panel discussion titled “Technology & Innovation for Safer and More Effective Humanitarian Demining”, Trend’s correspondent reports from the event.

The discussions were moderated by Nigel Ellway, Parliamentary special adviser on the Impact of Explosive Weapons, UK Parliament.

Speaking at the panel, Head of Department, Turkish Mine Action Center of the Ministry of National Defense of Türkiye, Fatih Yel, noted that the safety of a road, school, hospital, energy facility, water pipeline, or housing project depends on the reliable investigation, clearance, quality control, and commissioning of the area where it is located.

"Mine clearance is the first step towards safe settlement. Here, we must also take into account the fundamental difference between military mine clearance measures and humanitarian mine clearance. In military operations, the main goal is often to quickly open a certain corridor to ensure the movement of troops. In humanitarian mine clearance activities, the main goal is to ensure a high level of clearance of the area," he said.

Programme Manager, Standards and Operations, Geneva International Centre for Humanitarian Demining, Stanislav Damjanovic, stressed that innovation in mine action is one of the means to achieve better results and productivity.

“We heard good examples in this panel and previous panels of how technology is improving the lives of people in the mine action sector, while also helping mine action operators do their work more efficiently and safely. Data management and digital tools undoubtedly offer great opportunities for mine action.

Innovation can also involve new approaches and collaborative partnerships. We think this is a very good example, and we hope that similar initiatives will be replicated by other partners,” he said.

The panel also exchanged views on strengthening national mine action capacity through training, institutional development, and international exchange of experience, and the application of advanced technologies to increase the safety and effectiveness of humanitarian mine action operations.

The discussions emphasized the importance of technological innovations not only increasing the efficiency of operations, but also the safety of mine workers, as well as the formation of a balanced and coordinated approach between technology, safety, and humanitarian objectives.

The 4th International Mine Action Conference, jointly organized by the Azerbaijan National Agency for Mine Action (ANAMA) and the UN Office in Azerbaijan, began in Baku on September 2.

The conference ended with the adoption of a final statement today.

-------------------

IV Beynəlxalq Minatəmizləmə Konfransında texnologiya və innovasiyalara həsr olunan panel keçirilib (FOTO)

Bakı. Trend:

“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar" adlı panel müzakirəsi keçirilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, müzakirələr Böyük Britaniya Parlamenti, Partlamamış Sursatların Təsiri üzrə Parlament Xüsusi Məsləhətçisi Naycell Ellvey moderatorluğu ilə keçirilib.

Paneldə çıxış edən Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Türkiyə Minalarla Mübarizə Mərkəzinin şöbə rəisi Fatih Yel bildirib ki, biryolun, məktəbin, xəstəxananın, enerji obyektinin, su xəttinin və ya yaşayış layihəsinin təhlükəsiz hesab edilməsi onun yerləşdiyi ərazinin etibarlı şəkildə araşdırılması, təmizlənməsi, keyfiyyətinə nəzarət olunması və istifadəyə verilməsindən asılıdır.

“Minatəmizləmə təhlükəsiz məskunlaşmanın ilk addımıdır. Burada hərbi minatəmizləmə tədbirləri ilə humanitar minatəmizləmə arasındakı təməl fərqi də nəzərə almalıyıq. Hərbi əməliyyatlarda əsas məqsəd çox vaxt qoşunların hərəkətini təmin etmək üçün müəyyən bir dəhlizin sürətlə açılmasıdır. Humanitar məqsədli minatəmizləmə fəaliyyətlərində isə əsas məqsəd ərazinin yüksək səviyyədə təmizlənməsini təmin etməkdir”, - deyə o bildirib.

Cenevrə Beynəlxalq Humanitar Minalardan Təmizləmə Mərkəzi, Standartlar və Əməliyyatlar üzrə Proqram Meneceri Stanislav Damyanoviç vurğulayıb ki, minatəmizləmə fəaliyyətində innovasiya daha yaxşı nəticə və məhsuldarlıq əldə etməyin vasitələrindən biridir.

“Biz bu paneldə və əvvəlki panellərdə texnologiyanın minatəmizləmə sahəsində insanların həyatını necə yaxşılaşdırdığına, eyni zamanda minatəmizləmə operatorlarına öz işlərini daha səmərəli və təhlükəsiz görməyə kömək etdiyinə dair yaxşı nümunələr eşitdik. Məlumatların idarə edilməsi və rəqəmsal vasitələr, şübhəsiz ki, mina fəaliyyəti üçün böyük imkanlar yaradır.

İnnovasiya həmçinin yeni yanaşmaları və əməkdaşlıq tərəfdaşlıqlarını əhatə edə bilər. Bunub çox yaxşı bir nümunə olduğunu düşünürük və digər tərəfdaşlar tərəfindən də bu cür təşəbbüslərin çoxalacağını ümid edirik”,- deyə o bildirib.

Paneldə həmçinin təlim, institusional inkişaf və beynəlxalq təcrübə mübadiləsi vasitəsilə milli minatəmizləmə potensialının gücləndirilməsi, humanitar minatəmizləmə əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyaların tətbiqi mövzularında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə texnoloji innovasiyaların yalnız əməliyyatların səmərəliliyini deyil, həm də minaaxtaranların təhlükəsizliyini artırması, eləcə də texnologiya, təhlükəsizlik və humanitar məqsədlər arasında balanslı və əlaqələndirilmiş yanaşmanın formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.

Konfransın işinə bu gün yekun vurulub. Sonda konfransın yekun bəyanatı qəbul olunub.

Tags:

Try Trend Premium for 1$
Latest

Latest