Title changed: Baku hosts 7th meeting of heads of Muslim religious authorities of OTS member states (PHOTO)
Details added: first version posted on 09:53
BAKU, Azerbaijan, September 14. The seventh meeting of the heads of Muslim religious authorities of the member states of the Organization of Turkic States (OTS) was held in Baku on September 14, Trend’s correspondent reports from the event.
The opening ceremony began with the national anthem followed by a recitation from the Quran.
In his speech, Chairman of the Caucasus Muslims’ Board (CMB) and Sheikh ul-Islam Allahshukur Pashazade noted that the peoples of the member states of the OTS demonstrate true examples of brotherhood by standing together in both good times and difficult moments.
"During the 44-day Second Karabakh War for Azerbaijan's territorial integrity, we witnessed the comprehensive support of Türkiye. Turkic states spared no effort in assisting us with reconstruction work and breathing new life into our territories that had been subjected to vandalism, as well as during our 'Great Return' to a liberated Karabakh. The facilities built in Fuzuli and Aghdam by these fraternal countries—which have always stood by us—are gifts of immense sentimental value: the Mirza Ulugbek Secondary School (a gift from Uzbekistan), the Kurmangazy Children's Creativity Center (a gift from Kazakhstan), the Aykol Manas Secondary School (a gift from Kyrgyzstan), and the magnificent mosque built by Turkmenistan. It is a source of pride that President Recep Tayyip Erdoğan and President Ilham Aliyev personally attended the opening of the neighborhood built by Azerbaijan in the earthquake-stricken Kahramanmaraş region of Türkiye, just as the leaders of our fraternal Turkic countries personally participated in the inaugurations of the facilities in Karabakh," he said.
The Chairman of the Caucasus Muslims Office noted that the next—the eighth—meeting would be held in Türkiye.
Türkiye’s Minister of Religious Affairs Safi Arpaguş said that amid global challenges and a crisis of values, it is important to strengthen cooperation among Turkic states in the religious, cultural and spiritual spheres, at the seventh meeting of Muslim religious leaders of the OTS.
He noted that the OTS has already become an important strategic alliance and that meetings of the heads of religious affairs and religious authorities of member states should not be limited to political and economic issues.
“These meetings should be viewed as a strategic consultation platform that ensures unity in the social, cultural and spiritual spheres. Such meetings are important for reviving religious, historical and cultural ties and developing common views and approaches to counter the negative effects of globalization,” he emphasized.
Arpaguş added that attempts to associate Islam with violence and terrorism, as well as systematic pressure, hate speech and xenophobia against Muslims in various parts of the world, are a cause for concern.
Mufti Rahman Gurbanmuradov, newly elected chairman of the Religious Administration of Muslims of Turkmenistan, said that cooperation among the member states of the OTS is developing across all areas.
He noted that muftis should contribute to this cooperation.
“Turkic peoples have produced many prominent Islamic scholars. Our peoples have deep-rooted historical ties of friendship and good neighborliness. A shared religion, similar cultures and the similarities between our languages form the foundation of the depth of our brotherhood,” he said.
The Baku Declaration was adopted as part of the seventh meeting of the Council of Heads of Muslim Religious Authorities of the OTS.
The document states that joint efforts to combat terrorism, extremism, separatism, Islamophobia, Turkophobia, sectarian discrimination and calls for hatred will continue. The protection of women’s and children’s rights, translation of religious literature, preparation of joint fatwas and promotion of the historical heritage of the Turkic world were also identified as priority areas.
Members of the Council have addressed President of Azerbaijan Ilham Aliyev. In the address, the religious leaders expressed deep gratitude to President Ilham Aliyev for the attention and support provided for the high-level organization of the seventh meeting of the Council of Heads of Muslim Religious Authorities of the OTS and the First International Scientific and Practical Conference dedicated to prominent Azerbaijani scholar and thinker Sheikh Seyyid Yahya Bakuvi, held in Baku.
The meeting discussed further strengthening cooperation among Muslim religious institutions, protecting and strengthening the family institution, Islam’s approach to science and technology, as well as other topical issues.
The seventh meeting of the Council of Heads of Muslim Religious Authorities of the OTS member states was attended by the heads of religious institutions from Azerbaijan, Türkiye, Kazakhstan, Kyrgyzstan, Uzbekistan, Turkmenistan and the Turkish Republic of Northern Cyprus.
Overall, the event brought together statesmen, academics and religious figures representing 40 countries and 15 international organizations.
------------
Bakıda TDT Müsəlman Dini İdarələr rəhbərlərinin VII görüşü keçirilib (FOTO) (YENİLƏNİB)
Bakı. Trend:
Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilib.
Trend-in tədbirdə olan müxbirini məlumatına görə, açılış mərasimində Dövlət Himni səsləndirilib, Qurani-Kərim tilavət olunub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xalqları xoş günlərdə, çətin anlarda birlikdə olmağın əsl qardaşlıq nümunələrini nümayiş etdirirlər.
"Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsi günlərində biz Türkiyə Cümhuriyyətinin hərtərəfli dəstəyinin şahidi olduq. Vandalizmə məruz qalmış ərazilərimizə yeni həyat verilməsində, azad Qarabağa Böyük Qayıdışımız zamanı quruculuq işlərində türk dövlətləri bizə yardımlarını əsirgəmədilər.Hər zaman yanımızda olan qardaş ölkələrin Füzuli və Ağdamda inşa etdirdikləri - Özbəkistanın hədiyyəsi Mirzə Uluqbəy adına tam orta məktəb, Qazaxıstanın hədiyyəsi Kurmanqazı adına Uşaq Yaradıcılığı Mərkəzi, Qırğızıstanın hədiyyəsi Aykol Manas adına tam orta məktəb və Türkmənistanın inşa etdirdiyi möhtəşəm məscid binası mənəvi dəyəri çox yüksək olan əsl qardaş ərməğanlarıdır. Fəxarətverici haldır ki, Türkiyədə zəlzələdən zərərçəkmiş Kahramanmaraş bölgəsində Azərbaycan tərəfindən inşa olunan məhəllənin açılışında Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev, Qarabağdakı məkanların açılışlarında qardaş türk ölkələrimizin rəhbərləri şəxsən iştirak ediblər”, - deyə o bildirib.
QMİ sədri növbəti, 8-ci görüşün Türkiyədə keçiriləcəyini qeyd edib.
Türkiyənin diyanət işləri naziri Safi Arpaquş çıxışında, qlobal problemlər və dəyərlər böhranı fonunda türk dövlətləri arasında dini, mədəni və mənəvi sahələrdə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə toxunub.
O qeyd edib ki, TDT artıq mühüm strateji birliyə çevrilib və üzv ölkələrin dini işlər və dini idarə rəhbərlərinin görüşləri yalnız siyasi və iqtisadi məsələlərlə məhdudlaşmamalıdır.
“Bu görüşləri sosial, mədəni və mənəvi istiqamətlərdə birliyimizi təmin edən strateji məsləhətləşmə platforması kimi qiymətləndirmək lazımdır. Bu cür görüşlər dini, tarixi və mədəni bağların yenidən canlandırılması, qloballaşmanın mənfi təsirlərinə qarşı ortaq baxış və yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”,- deyə o vurğulayıb.
S.Arpaquş əlavə edib ki, İslam dininin şiddət və terrorla əlaqələndirilməsi cəhdləri, eləcə də dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı sistemli təzyiqlər, nifrət nitqi və ksenofobiya narahatlıq doğurur.
Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin yeni seçilmiş sədri müfti Rahman Qurbanmuradov bildirib ki, TDT-yə üzv ölkələr arasında əməkdaşlıq hər sahədə inkişaf edir.
O qeyd edib ki, müftilər bu əməkdaşlıqlara öz töhfələrini verməlidirlər.
“Türk xalqları çox önəmli İslam alimləri yetişdirib. Xalqlarımız arasında dostluq və qonşuluq əlaqələrinin dərin tarixi var. Vahid din, oxşar mədəniyyət, dilimizin oxşarlığı qardaşlığımızın dərinliyini formalaşdırır”,- deyə o bildirib.
TDT müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə türk dövlətləri və xalqları arasında həmrəyliyin gücləndirilməsi, Türk-İslam mənəvi və mədəni dəyərlərinin təşviqi, dini təhsil və elmi əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin maarifləndirilməsi ilə bağlı bir sıra mühüm müddəalar əksini tapıb.
Sənəddə terrorizm, ekstremizm, separatizm, islamofobiya, türkofobiya, məzhəblərarası ayrı-seçkilik və nifrət çağırışlarına qarşı birgə mübarizənin davam etdiriləcəyi bildirilib. Qadın və uşaq hüquqlarının müdafiəsi, dini ədəbiyyatın tərcüməsi, ortaq fətvaların hazırlanması və Türk dünyasının tarixi irsinin təbliği də prioritet istiqamətlər kimi qeyd olunub.
Şura üzvləri Prezident İlham Əliyevə müraciət ediblər. Müraciətdə TDT müsəlman dini idarə rəhbərləri Şurasının Bakıda keçirilən 7-ci görüşünün, eləcə də görkəmli azərbaycanlı alim-mütəfəkkir Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki Konfransın yüksək səviyyədə təşkilinə göstərilən diqqət və himayəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.
Görüşdə müsəlman dini qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi, ailə institutunun qorunması və möhkəmləndirilməsi, elm və texnologiyaya İslamın yanaşması, eləcə də digər aktual məsələlər müzakirə olunub.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərləri şurasının VII görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dini qurumlarının rəhbərləri iştirak ediblər.
Ümumilikdə isə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar.
