Details added: first version posted on 10:52
BAKU, Azerbaijan, September 17. The 5th meeting of the secretaries of the Security Councils of the member states of the Organization of Turkic States (OTS), chaired by Colonel General Ramil Usubov, Secretary of the Security Council of the Republic of Azerbaijan, was held on September 17 at the Heydar Aliyev Center in Baku.
At the beginning of the event, Usubov read the address of the President of the Republic of Azerbaijan Ilham Aliyev to the event participants.
Warmly welcoming the delegations, the Head of State highlighted the growing international prestige and potential of the OTS—factors driving its transformation into a powerful geopolitical center—against the backdrop of proliferating traditional threats and new challenges facing humanity, and noted the achievements attained during Azerbaijan’s chairmanship. The address emphasized that Azerbaijan's Garabagh Victory has created a new geopolitical reality in the region and paved the way for the realization of the Zangezur Corridor, which will bring the OTS countries even closer together in economic, logistical, and strategic terms.
The meeting featured a report by the Secretary of the Security Council of Azerbaijan, Ramil Usubov, regarding the topics discussed at the event, attended by representatives from Türkiye, Uzbekistan, Kazakhstan, and Kyrgyzstan, as well as the Turkish Republic of Northern Cyprus and the Secretariat of the OTS. The report noted that, amidst complex and dangerous processes—such as global geoeconomic conflicts, wars, and the weakening of international law—holding these annual meetings serves as an effective platform for anticipating modern challenges and formulating joint responses to shared threats, while also making a significant contribution to strengthening security cooperation among the OTS countries and advancing their common interests.
Heads of the delegations delivered remarks on agenda items, including regional security issues against the backdrop of events in the Middle East, opportunities for national development in the field of artificial intelligence, and other topics.
The discussions included exchange of views on the implementation of tasks related to security issues—stemming from agreements reached by the heads of state of the OTS member countries, as well as the provisions of the Gabala Declaration signed on October 7, 2025.
--------------
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib (YENİLƏNİB)
Bakı. Trend:
Sentyabrın 17-də Bakı şəhərində, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrliyi ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib.
Əvvəlcə Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Nümayəndə heyətlərini səmimi salamlayan dövlətimizin başçısı müasir dünyada ənənəvi təhdidlərin və bəşəriyyəti narahat edən yeni çağırışların çoxalması fonunda Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdə artan nüfuzunu və potensialını, onun təşkilatın dünyanın güclü geosiyasi mərkəzlərindən birinə çevrilməsini şərtləndirən əsas amillərdən olduğunu, Azərbaycanın sədrliyi dövründə əldə edilən nailiyyətləri qeyd edib. Tarixi Zəfərin regionda yeni geosiyasi reallıq yaratdığı, onun ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən biri-birinə daha da yaxınlaşdıracaq Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdığı vurğulanıb.
Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan, eləcə də Şimali Kipr Türk Respublikası və Türk Dövlətləri Təşkilatının Katibliyi təmsilçilərinin iştirak etdiyi tədbirdə müzakirə olunan mövzularla bağlı Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, qlobal geoiqtisadi münaqişələrin, müharibələrin, beynəlxalq hüququn zəifləməsi kimi mürəkkəb və təhlükəli proseslərin mövcudluğu şəraitində illik toplantıların keçirilməsi müasir çağırışların qabaqlanması, ümumi təhdidlərə qarşı birgə cavabların hazırlanması baxımından səmərəli platforma, ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsinə, ortaq maraqlarımızın həyata keçirilməsinə mühüm töhfədir.
Gündəlikdə duran məsələlər - Yaxın Şərqdə cərəyan edən hadisələr fonunda regional təhlükəsizlik problemləri, süni intellekt sahəsində milli inkişafın imkanları və digər mövzularla bağlı nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Müzakirə zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçıları tərəfindən əldə olunan razılaşmaların, eyni zamanda, 2025-ci il oktyabr ayının 7-də imzalanmış Qəbələ Bəyannaməsinin müddəalarından irəli gələn təhlükəsizlik məsələləri üzrə vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
