BAKU, Azerbaijan, December 25. For the first time in the liberated territories, the “From Village to City” New Year fair will be held in Azerbaijan's Khankendi on December 27-29, Trend reports via the Ministry of Agriculture.
The event, orchestrated by Agrarian Supply and Procurement OJSC under the auspices of the Ministry of Agriculture, is slated for execution in the urban core over a triad of days.
Farmers from various regions will bring products grown on their own farms to sell at the fair. The initiative aims to meet residents’ needs for food and agricultural products ahead of the New Year and the Day of Solidarity of World Azerbaijanis. Visitors will have the opportunity to purchase fresh produce at affordable prices throughout the fair.
This year, similar fairs organized by the company have also been operating at multiple locations in Baku and in Sumgait, providing city residents with access to local agricultural products during the holiday season. The fair near the exit of the Ganjlik metro station opened on December 20, while the fairs at the exits of Baku's Ahmadli, Xalglar Dostlugu, Neftchilar, Gara Garayev, Nariman Narimanov, Elmler Akademiyasi, and Azadlig metro stations, as well as the fair near the former East Bazaar in Sumgayit, began operating today. The Ganjlik metro fair will continue serving visitors until December 30, while the other fairs will remain open until December 29.
Stay up-to-date with more news on Trend News Agency's WhatsApp channel
========
Bakı.Trend:
Azad olunmuş ərazilərdə ilk dəfə "Kənddən Şəhərə" Yeni il yarmarkası təşkil olunacaq. Yarmarkanın 27-29 dekabr tarixlərində Xankəndi şəhərinin mərkəzində keçirilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə baş tutacaq yarmarkada müxtəlif regionlardan gəlmiş fermerlər öz təsərrüfatlarında yetişdirdikləri məhsulları satışa çıxaracaqlar.
Xankəndi şəhərində "Kənddən Şəhərə" Yeni il yarmarkası təşkil olunmasında məqsəd Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində sakinlərin qida və kənd təsərrüfatı məhsullarına olan ehtiyacını daha dolğun şəkildə ödəməkdir. Xankəndi sakinləri 3 gün ərzində yarmarkaya baş çəkərək münasib qiymətlərə kənd təsərrüfatı məhsulları ala biləcəklər.
Qeyd edək ki, bu il "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində paytaxtın 8 fərqli nöqtəsində və Sumqayıt şəhərində "Kənddən Şəhərə" Yeni il yarmarkaları fəaliyyət göstərir. "Gənclik" metro stansiyasının çıxışındakı ərazidə fəaliyyət göstərən yarmarka dekabrın 20-də açılıb, "Əhmədli", "Xalqlar dostluğu", "Neftçilər", "Qara Qarayev", "Nəriman Nərimanov", "Elmlər Akademiyası" və "Azadlıq" metro stansiyalarının çıxışlarındakı yarmarkalar və Sumqayıt şəhərində keçmiş Şərq bazarı yaxınlığındakı yarmarka bu gündən fəaliyyətə başlayıb. "Gənclik" metrosu yaxınlığında yerləşən yarmarka dekabrın 30-dək, digər yarmarkalar isə dekabrın 29-dək alıcılara xidmət göstərəcək.
